Kvaratsxeliyanın yeni müqavilə üzrə “Napoli”dən maaş tələbi bəlli oldu

“Napoli”nin 23 yaşlı cinah hücumçusu Xviça Kvaratsxeliyanın agenti Neapol klubunun rəhbərliyindən yeni müqaviləyə əsasən, gürcü futbolçunun maaşını 8 milyon avro məbləğ olaraq tələb edir.

Sports.az xəbər verir ki, “Napoli” Kvaratsxeliyaya ildə 6 milyon avro məbləğdən arıtq maaş və əlavə üstəliklər təklif etməyə hazır deyil.

Tərəflər gürcü futbolçunun əmək müqaviləsinin müddətinin 2029-cu ilin yayına qədər uzadılmasını müzakirə edirlər. Tərəflər arasında danışıqlar növbəti həftələrdə də davam etdiriləcək.

Xatırladaq ki, Kvaratsxeliyanın “Napoli” ilə cari müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar