Sesar Navas “Rubin”in “Barselona” üzərində tarixi səfər qələbəsini xatırladı

Düz 15 il əvvəl, 2009-cu ilin oktyabr ayının 20-də Çempionlar Liqasının qrup mərhələsinin səfər oyununda Kazan “Rubin”i Kataloniya nəhəngi “Barselona” üzərində 2:1 hesablı qələbə qazanıb.

Sports.az xəbər verir ki, “Rubin”in ispan keçmiş futbolçusu Sesar Navas “blauqrana” üzərində həmin qalibiyyətlə bağlı xatirəsini paylaşıb:

“İspaniyada Çempionlar Liqasında “Barselona” üzərində belə yüksək səviyyədə qazanılmış o möhtəşəm qələbə bizim necə böyük komanda olduğumuzu göstərdi. Bəxtimə bu komandanın bir hissəsi olmaqda böyük sevinc və uğur düşüb. Bu, unudulmaz bir mövsüm idi!”

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar