Mbappe Nqannunun Ferreyra üzərində qələbəsinə qarşılıq verdi

“Real”ın və Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappe kamerunlu döyüşçü Fransis Nqannunun braziliyalı döyüşçü Renan Ferreyra üzərində qələbəsini şərh edib.

Sports.az Mbappenin bu barədə fikrini təqdim edir:

“Qitə. Mənim qardaşım Fransis Nqannuya hörmət edin. Kobinin xatirinə”, – Mbappe Kamerun bayrağının emodzisini əlavə edərək, döyüşçü ilə birgə şəklinə imza atıb.

Xatırladaq ki, oktyabrın 20-nə keçən gecə Səudiyyə Ərəbistanının paytaxı Ər-Riyadda PFL təşviqinin əsas qarışıq döyüş üzrə gecəsi başa çatıb. Əsas döyüşdə Renan Ferreyra Fransis Nqannu ilə üz-üzə gəlib. Fransis elə, birinci raunddaca nokautla inamlı qələbə qazanaraq, ağır çəkidə PFL çempionu olub. Döyüşdən sonra Nqannu qələbəni mərhum oğlu Kobiyə həsr etdiyini açıqlayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar