“Dünyanın ən yaxşı qapıçısı bizimlədir” - Unai Emeri

“Aston Villa”nın baş məşqçisi Unai Emeri İngiltərə Premyer Liqasının 8-ci turunda “Fulhem”lə səfər oyununda 3:1 hesablı əzmkar qələbədən sonra, komandasının argentinalı qapıçısı Emiliano Martines haqda fiktini bildirib.

Sports.az xatırladır ki, bu oyunda argentinalı qapıçı penalti zərbəsini dəf edib.

“Emiliano möhtəşəmdir və bu qapıçıya əvvəllər də ehtiyacımız vardı, bu gün də ona ehtiyacımız var və yenə də ona ehtiyacımız olacaq. Dünyanın ən yaxşı qapıçısı bizimlədir – Emiliano Martines. Bu, o deməkdir ki, bugünkü kimi oyunlarda və penalti kimi məqamlarda o, bizi xilas etmək üçün orada olmalıdır”, deyə ispan mütəxəssis məmnunluqla bildirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar