“Çelsi” Ukrayna yığmasının ulduzlarından birini heyətinə qata bilər

Ukrayna yığmasının və Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Georgi Sudakov karyerasını “Çelsi”də davam etdirə bilər.

Sports.az xəbər verir ki, “zadəganlar” futbolçu ilə ciddi maraqlanırlar və futbolçunun keçidi müqabilində təxminən 78 milyon avro məbləğ ödəməyə hazırdırlar.

Əvvəllər Sudakovun karyerasını “Arsenal”da davam etdirə biləcəyi barədə məlumat yayılmışdı. Bununla belə, onun dostu və həmyerlisi Mixaylo Mudrikin “Çelsi”də çıxış etdiyi üçün, Sudakovun da “zadəganlar”a qoşulmaq imkanı daha yüksək qiymətləndirilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar