“Mançester Siti”nin Xosep Qvardiolanın yerinə iki “adaxlısı” var

Xosep Qvardiolanın “Mançester Siti”nin baş məşqçisi olaraq gələcəyi qeyri-müəyyən olaraq qalır.

Sports.az xəbər verir ki, ispan mütəxəssis 2024/2025-ci illər mövsümünün sonunda “Mançester Siti” ilə başa çatacaq müqaviləsinin müddətini uzadıb-uzatmayacağına dair hələ də qərar verməyib.

Bu mənzərədə “şəhərlilər” müxtəlif gedişatlar üzərində düşünürlər. “Mançester Siti”nin komandanın sükanı arxasına iki namizədi var. Əsas namizəd “Bayer”in ispan çalışdırıcısı Xabi Alonsodur. “B” planına isə “Jirona”nın uğurla çalışdıran ispan mütəxəssis Miçel daxildir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar