“Çelsi” öz yerinə qayıtmaq istəyirsə, ona yeni qapıçı gərəkdir”

Futbol mütəxəssisi Ceymi Karrager İngiltərə Premyer Liqasının 8-ci turunun “Liverpul”la oyununda (1:2) buraxılmış ikinci qolla bağlı məqamda, “Çelsi”nin ispan qapıçısı Robert Sançesin fəaliyyətini şərh edib.

Sports.az ingilis təhlilçinin bu barədə fikrini təqdim edir:

“Çelsi” baxımından bu, dəhşətlidir. Qapıçı çox bərbaddır. Bu, Körtis Cons tərəfindən uğursuz bir toxunuş idi, qapıçı Robert Sançes tərəfindən isə pis fəaliyyət idi. Sançes çıxıb topu qazanmalı idi. Cons qapıçının ona tərəf yan almasından dəhşətə gəlməli idi. “Çelsi” olmaq istədiyi yerə qayıtmaq istəyirlərsə, ona yeni qapıçı gərəkdir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar