İtaliya millisinin sabiq üzvü yığmaya məşqçi təyin olundu

İtaliya millisinin sabiq üzvü Leonardo Bonuççi ölkəsinin U-20 komandasına məşqçi təyin olunub.

Sports.az İtaliya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı sabiq müdafiəçi baş məşqçi Bernardo Korradinin köməkçisi vəzifəsini icra edəcək.

Futbolçu karyerasında son olaraq Türkiyə təmsilçisi "Fənərbaxça"nın formasını geyinən Bonuççi "İnter", "Yuventus", "Milan" və "Cenoa" kimi klubların şərəfini qoruyub. O, İtaliya millisinin heyətində 121 oyunda 8 qol vurub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar