“Milan” Tonalini geri qaytarmaq istəyir

“Milan” rəhbərliyi hazırda “Nyukasl”da uğurla çıxış edən italyan yarımmüdafiəçi Sandro Tonalini “rossoneri”nin düşərgəsinə qaytarmaq istəyir.

Sports.az xəbər verir ki, “Milan”ın komanda heyəti də 24 yaşlı yarımmüdafiəçinin yaxın vaxtlarda vətəninə dönəcəyini gözləyir.

Tonali 2028-ci ilin ortalarına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə əsasında “sağsağanlar” üçün top qovur.

Xatırldaq ki, “Milan” Tonalini 2023-cü ilin yayında futbolçunun özü də istəmədən, “Nyukasl”a sataraq, 64 milyon avro məbləğində qazanc götürmüşdü.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar