Tuxel İngiltərə yığmasını çalışdırmaq üçün maliyyə güzəştinə gedib

Alman mütəxəssis Tomas Tuxel İngiltərə yığmasını çalışdırmaq üçün öz maliyyə şərtləri ilə bağlı güzəştə gedib.

Sports.az xəbər verir ki, Tuxel hər hansı nəhəng klubla müqavilə imzalayıb komandanı çalışdıracağı halda, daha böyük məbləğdə qazanc əldə edə bilərdi.

Alman mütəxəssisə müvafiq təkliflərin ünvanlandığı da vurğulanır. Eyni zamanda vurğulanır ki, Tuxel İngiltərə yığmasının baş məşqçisi olmaqdan qürur duyduğu üçün, digər təkliləri, həmçinin maliyyə baxımından əlverişli müqavilələri rədd edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar