Qrinvud yığmadakı oyunu ilə bağlı Tuxellə görüşmək istəyir

Marsel “Olimpik”inin ingilis cinah hücumçusu Meyson Qrinvud İngiltərə yığmasına qayıtmağın yollarını müzakirə etmək məqsədiə, “üç şir”in yeni baş məşqçisi, alman mütəxəssis Tomas Tuxel və İngiltərə Futbol Assosiasiyası (The FA) ilə görüşmək istəyir.

Sports.az xatırladır ki, 2022-ci ilin oktyabrında Qrinvuda qarşı, təcavüz cəhdi, hücum və zorlama davranışı ittihamları irəli sürülüb, amma 2023-cü ilin fevralında əsas şahidlər işdən imtina etdikdən sonra oyunçuya qarşı ittihamlar geri götürülüb.

Buna rəğmən, Qrinvud hələ də İngiltərə yığmasında kənarda qalıb. Qrinvud 2026-cı il dünya çempionatına vəsiqə qazanmağa kömək üçün Tomas Tuxelin çalışdırdığı kollektivə qoşulmaq niyyətindədir. İngiltərə yığmasına qaytarılmasa, hücumçu Yamayka yığmasına keçmək niyyətindədir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar