Tuxel İngiltərə yığmasına dünya çempionluğunu qazandırsa…

İngiltərə yığması 2026-cı il dünya çempionatının qalibi olacağı təqdirdə, “üç şir”in alman baş məşqçisi Tomas Tuxel 3 milyon funt-sterlinq (3,6 milyon avro) məbləğində əlavə üstəlik qazanacaq.

Sports.az xəbər verir ki, bu məbləğ 2022-ci il dünya çempionatının qalibi olacağı halda İngiltərə yığmasının keçmiş baş məşqçisi, ingilis mütəxəssis Qaret Sautqeytə vəd edilmiş məbləğdən 1 milyon funt-sterlinq azdır.

Eyni zamanda, alman mütəxəssisin İngiltərə yığmasındakı maaşı ildə 5 milyon funt-sterlinq (6 milyon avro) məbləğindədir, Sautqeyt isə ildə 2,5 milyon funt-sterlinq (3 milyon avro) məbləğində maaş alırdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar