Olmo “Bayern”lə oyunu buraxa bilər

“Barselona”nın 26 yaşlı ispan hücumameyilli yarımmüdafiəçisi Daniel Olmo Çempionlar Liqasının 3-cü turunun “Bayern”lə oktyabrın 23-də İspaniyada keçiriləcək oyununda meydana çıxmaya bilər.

Sports.az xəbər verir ki, Olmonun ətrafı futbolçunun zədəsinin təkrarlanma riskindən ehtiyat edir.

Vurğulanır ki, buna görə də yarımmüdafiəçi “Sevilya” ilə İspaniya La Liqasının 10-cu tur oyununda (5:1) oynamayıb və ola bilsin ki, növbəti oyunda da meydana çıxmayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar