“Sanço hər gün səylə işləməlidir” - Mareska

“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadəganlar”ın ingilis hücumçusu Ceydon Sanço haqda fikrini paylaşıb.

Sports.az italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Ceydonun işləri qaydasındadır. Ona bu ruhda da davam etmək və hər gün səylə çalışmaq gərəkdir.

Dediyim kimi, o, bizə mütləq kömək edəcək. Biz onun xüsusi oyunçu olduğunu düşünürük.

Amma onun bunu sübut etməsinin yeganə yolu hər gün çox çalışmaq, heç vaxt xoşbəxt olmamaq və həmişə iddialı olmaqdır. O, getdikcə daha da çoxunu, daha da artığını istəməlidir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar