Rüdiger “Real”dan sonra karyerasını harada davam etdirəcəyinə qərar verib

“Real”ın müdafiəçisi Antonio Rüdiger gələcəyi ilə bağlı qərar verib.

Sports.az xəbər verir ki, alman futbolçu Madrid klubundan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanına keçmək niyyətindədir.

Rüdiger böyük müqavilə müqabilində ərəb çempionatına keçməkdə bir qəbahət görmür.

Vurğulanır ki, bu istəyinə rəğmən, Rüdiger gələn yay “Real”dan ayrılmaq niyyətində deyil. Alman futbolçu “qaymaqlılar”la müqaviləsinə görə sona qədər işləyib, sonra Səudiyyə Ərəbistanına keçmək istəyir. Tərəflər arasında mövcud müqavilənin müddəti isə 2026-cı ilə qədər qüvvədədir.

Vurğulanır ki, “Real” da Rüdigerdən narahat deyil. Belə ki, alman futbolçu “Real”ın müdafiəçilərlə bağlı yaşadığı cari kadr fəsadları zamanı klubu tərk etməyəcəyini açıqlayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar