“Qarabağ”ın rəqibləri Türkiyə və Portuqaliya sınağında

Türkiyənin "Qalatasaray" klubu bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi ilə üz-üzə gələcək.

Sports.az xəbər verir ki, İstanbul təmsilçisi 3-cü turda İsveçin "Elfsborq" kollektivini qəbul edəcək.

Azərbaycan çempionunun bu turnirdəki digər rəqiblərindən olan Norveçin "Bodo Qlimt" komandası isə Portuqaliyada "Braqa"nın qonağı olacaq.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

"Qarabağ" noyabrın 7-də "Bodo Qlimt"in, dekabrın 11-də isə "Elfsborq"un qonağı olacaq. UEFA Avropa Liqasının Liqa mərhələsinin digər matçları oktyabrın 24-də təşkil olunacaq.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar