La Liqada oktyabrın ən yaxşısı adına namizədlər bilindi

İspaniya La Liqasında oktyabrın ən yaxşı futbolçusu mükafatına namizədlərin adları açıqlanıb.

Sports.az La Liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, mükafat uğrunda beş futbolçu mübarizə aparacaq.

"Atletiko”dan (Madrid) Antuan Qrizmann (2 matçda 1 məhsuldar ötürmə), “Barselona”dan Robert Levandovski (2 matçda 5 qol), “Real Sosyedad”dan Mikel Oyarzabal (2 matçda 1 qol, 1 məhsuldar ötürmə), “Real"dan (Madrid) Vinisius Junior (2 matçda 2 qol) və "Atletik"dən (Bilbao) Aleks Berenqer (2 matçda 1 qol, 3 məhsuldar ötürmə) oktaybrın ən yaxşı futbolçusu olmağa namizəddirlər.

Ötən ay La Liqanın ən yaxşı oyunçusu "Barselona"dan Lamin Yamal seçilmişdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar