Dünya futbolu
“İnter” və “Yuventus” İtaliya yığmasının yarımmüdafiəçisi uğrunda çəkişirlər
05.11.2024 | 19:00
“Montsa”nın və İtaliya yığmasının 23 yaşlı yarımmüdafiəçisi Daniel Maldininin müqaviləsində aşağı təzminat məbləği nəzərdə tutulub.
Sports.az xəbər verir ki, qarşıdakı qış trasnfer pəncərəsində bu maddə fəallaşacaq və Maldininin keçidini cəmi 12 milyon avro məbləğə gerçəkləşdirmək mümkün olacaq.
“Milan”ın keçmiş, əfsanəvi müdafiəçisi Paolo Maldinin oğlu Daniel Maldini “İnter” və “Yuventus”un maraq dairəsindədir. Hər iki klub perspektivli futbolçuya sahib olmaq üçün indidən işlərini düz-qoş etməklə məşğuldur. Son seçimi isə futbolçunun öznünün etmək ixtiyarında olduğu vurğulanır.