“Arsenal”ın futbolçusu zədə səbəbindən ÇL oyununu buraxacaq

İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi Deklan Rays UEFA Çempionlar Liqasının Liqa mərhələsində İtaliya təmsilçisi "İnter"ə qarşı oyunda meydana çıxa bilməyəcək.

Sports.az xəbər verir ki, o, zədə səbəbindən sabah "Cüzeppe Meazza" stadionunda baş tutacaq qarşılaşmanı buraxmaq məcburiyyətində qalacaq.

Həkimlər 25 yaşlı oyunçunu həftəsonu keçiriləcək "Çelsi" matçına qədər sağaltmağa çalışır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar