“Real” Halandı satın ala bilər, amma bir şərtlə…

“Mançester Siti”nin 24 yaşlı hücumçusu Erlinq Haland yaxın vaxtlarda maliyyə pozuntularına görə kluba qarşı hər hansı sanksiya tətbiq edilərsə, “şəhərlilər”in düşərgəsini tərk edə bilər.

Sports.az xəbər verir ki, norveçli qolçu ilə “Real” maraqlanır.
Bununla belə, “şəhərlilər” Halandı satmağa yalnız bir şərtlə hazır olacaqlar – əgər klub aşağı diviziona düşmə ehtimalı ilə maliyyə ədaləti qaydalarını pozduğuna görə ciddi sanksiyalara məruz qalarsa.

Belə bir vəziyyətdə “Real”ın prezidenti Florentino Peres “şəhərlilər”ə 200 milyon avro məbləğ təklif edəcək. Əks halda, İngiltərə klubunun “qolçu vikinq”lə ayrılmaq istəməməsi səbəbindən, hücumçunun İspaniya nəhənginin düşərgəsinə keçidi mümkünsüz olaraq qiymətləndirilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar