Dünya futbolu
Entso Fernandes Avropa nəhənglərinin maraq dairəsindədir
06.11.2024 | 19:00
Argentinalı yarımmüdafiəçi Entso Fernandes “Çelsi”nin əsas heyətində yerini itirib.
Sports.az xəbər verir ki, dəyişən vəziyyəti nəzərə alaraq, argentinalı futbolçu klubunu dəyişə bilər.
23 yaşlı Fernandesin xidmətində “İnter” və “Barselona” maraqlıdırlar.
Vurğulanır ki, mümkün keçidlə bağlı fəsad maliyyə məsələsində ortaq məxrəcin razılaşdırıla bilməməsi ola bilər. Belə ki, “Çelsi” Fernandesin satışı müqabilində futbolçunun alışı üçün xərclədiyi vəsaitin əhəmiyyətli hissəsini geri qaytarmağa üstünlük verəcək. 2023-cü ilin əvvəlində “zadəganlar” Fernandesi satın almaq üçün 121 milyon avro məbləğində ödəniş ediblər. Argentinalı yarımmüdafiəçi tarixin ən bahalı yarımmüdafiəçisidir.