Dünya futbolu
“İngiltərəyə getmərəm!” - Mirançuk
07.11.2024 | 12:30
Hazırda MSL təmsilçisi “Atlanta Yunayted”də uğurla çıxış edən rus hücumameyilli yarımmüdafiəçi Aleksey Mirançuk, ABŞ-da bir müddət çıxış etdikdən sonra karyerasını harada davam etdirə biləcəyi ilə bağlı sualı cavablayıb.
Sports.az xəbər verir ki, rus yarımmüdafiəçi İngiltərə çempionatına keçmək istəmədiyini etiraf edib:
“Məhz İngiltərəyə getməyəcəyəm! Heç vaxt belə bir arzum olmayıb. Mən özüm güc-qüvvə ilə doluyam, 29 yaş futbol üçün bir əlverişli yaşdır. Gəlin, burada vaxt keçirək, müsbət iz buraxmağa çalışaq, nə isə qazanaq. Sonra isə növbəti olaraq hara hərəkət etməyi taleyin özü deyəcək”.