MY Alfonso Deyvisi heyətinə qatmaq üçün tədbir hazırlayıb
“Bayern”in kanadalı sol cinah müdafiəçisi Alfonso Deyvisin Münhen klubundakı gələcəyi hələ də müzakirə altındadır, belə ki, Almaniya nəhəngi ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq futbolçu hələ yekun qərarını verməyib.
Sports.az xəbər verir ki, Deyvis uğrunda mübarizədə əsas klub “Real” hesab edilirdi, amma son vaxtlar “Mançester Yunayted”in 24 yaşlı futbolçunu “qırnızı şeytanlar”ın düşərgəsinə qatmaq üçün canfəşanlıq edir.
Vurğulanır ki, İngiltərə nəhəngi Deyvisi “Real”ın cəngindən qoparmaq üçün, futbolçunun irəli sürdüyü bütün imaliyyə tələblərini ağına-bozuna baxmadan yerinə yetirməyə hazırdır.
Xatırladaq ki, yayda “qırmızı şeytanlar” fransalı müdafiəçi Leni Yoronu transfer etmək uğrunda mübarizədə “Real”ı qabaqlamışdılar.