Sampaoli yenidən fransız klubunu çalışdıra bilər

Məşhur argentinalı mütəxəssis Xorxe Sampaoli yenidən Liqa 1-də Fransa klublarından birinin sükanı arxasına keçə bilər.

Sports.az xəbər verir ki, latınamerikan mütəxəssisin xidmətində “Renn” maraqlıdır.

Sampaoli artıq 2021-2022-ci illərdə Fransada çalışıb. Argentinalı mütəxəssi Marsel “Olimpik”ini çalışdırıb. 2023-cü ildə Sampaoli “Flamenqo”dan ayrıldıqdan sonra, peşəkar səviyyədə məşqçilik fəaliyyəti göstərməyib. 64 yaşlı mütəxəssis Çili və Argentina yığmalarını da uğurla çalışdırıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar