Dünya futbolu
Palmerin “Arsenal”a qarşı oyunda iştirakı sual altındadır
07.11.2024 | 21:00
“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadəganlar”ın ingilis yarımmüdafiəçisi Koul Palmerin İngiltərə Premyer Liqasının 11-ci turunun “Arsenal”la oyununda iştirak edə biləcəyinə əmin deyil.
Sports.az xatırladır ki, oyun noyabrın 10-da baş tutacaq.
“O, Çərşənbə axşamı məşq etməyib, bizimlə məşq edə bilib-bilməyəcəyini görəcəyik. Ümidvaram ki, o “Arsenal”a qarşı oyun üçün hazır olacaq, amma biz gözləməli və görüb qərar verməliyik”, deyə italyan mütəxəssis vurğulayıb.