Lautaro Martines Emiliano Martinesin uğurunu şərh etdi

“İnter”in və Argentina yığmasının hücumçusu Lautaro Martines “Aston Villa”nın və Argentina yığmasının qapıçısı Emiliano Martinesin 2023/2024 mövsümünün yekunları əsasında “France Football” nəşrinin təqdim etdiyi, dünyanın ən yaxşı qapıçısına verilən “Lev Yaşin Mükafatı”nı qazanmasına münasibətini açıqlayıb:

Sports.az argentinalı hücumçunun bu barədə fikrini təqdim edir:

“O, qalibdir. Milliyə ilk dəfə qoşulmuş gənc futbolçulara kömək edir. O, əla insandır və etdiyi hər şeyi qalib gəlmək istədiyi üçün edir. Ona penaltidən qol vurmaq çox çətindir, çünki o, həm də əladır və qapını özü ilə doldurur”, deyə Lautaro bildirib.

Vurğulayaq ki, Martines ardıcıl ikinci dəfə bu mükafatı qazanıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar