Dünya futbolu
Neymar gələcəyi ilə bağlı qərar verdi
08.11.2024 | 22:15
“Əl-Hilal”ın braziliyalı ulduz hücumçusu Neymar Səudiyyə Ərəbistanı klubunu tərk edə bilər.
Sports.az xəbər verir ki, ulduz futbolçu yanvarda ərəb klubu ilə müqaviləsinə xitam verə bilər.
Vurğulanır ki, Neymar artıq doğma klubu “Santos”a keçmək üçün xeyir-dua da alıb.
Xatırladaq ki, bu mövsüm 32 yaşlı “Ney”, onu bir ildən də artıq müddətdə yaşıl meydanlara həsrət qoymuş zədəsini sağaldaraq sıraya dönüb, məhsuldar fəlaiyyəti ilə diqqət çəkmədiyi iki oyun keçirib və ikinci oyunda yenidən zədə alıb.