Mahir Emrelinin komandasından heç-heçə

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” bu gün Almaniya 2-ci Bundesliqasında növbəti oyuna çıxıb.

Sports.az xəbər verir ki, sözügedən komanda öz meydanında “Kayzerslautern”i qəbul edib. Matç 0:0 hesablə heç-heçə ilə başa çatıb.

Mahir oyuna start heyətdə çıxıb və 73-cü dəqiqədə əvəzlənib. 

Emreli Bundesliqada 5 oyunda 3 qol vurub. Hazırda “Nürnberq” 12 turdan sonra 18 xalla 6-cı, "Kayzerslautern" isə 17 xalla 8-ci pillədə qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar