Mourinyo “Nyukasl”ı çalışdırmaq istəyir

“Fənərbaxça”nın portuqal çalışdırıcısı Joze Mourinyo ingilis mütəxəssis Eddi Haunun mümkün istefası təqdirində “Nyukasl”ın baş məşqçisi vəzifəsinə keçmək istəyindədir.

Sports.az xəbər verir ki, “Mour” “Nyukasl”ı, İngiltərədə işə qayıtmaq üçün ən yaxşı klub hesab edir.

61 yaşlı mütəxəssis vasitəçilərdən “sağsağanlar”ın düşərgəsində baş verən hər hansı bir hadisə barədə onu məlumatlandırmalarını xahiş edib. Mourinyo “Nyukasl”ın idarə heyətinin sədri Yasir Əl-Rumayyan ilə də əlaqə saxlayır.
Hazırda, “Nyukasl”ın baş məşqçisi Eddi Haunun öz vəzifəsini tərk etmək niyyətində olmadığı və “sağsağanlar”ın iddialı futbol layihəsini inkişaf etdirmək fikrində olduğu vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar