Fransa klubunun sabiq futbolçusu vəfat edib

Fransanın "Sent Etyen" klubunun sabiq futbolçusu Raşid Meklufi vəfat edib.

Sports.az xəbər verir ki, bu barədə "ağ-yaşıllar"ın mətbuat xidməti məlumat yayıb.

Əlcəzair millisində çıxış etmiş yarımmüdafiəçi 89 yaşında dünyasını dəyişib.

O, 152 qolla "Sent Etyen"in tarixində bombardirlər siyahısında ikinci yeri tutur. Meklufi bu klubun heyətində 4 dəfə Fransa çempionatının və ölkə kubokunun qalibi olub.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar