Dünya futbolu
“Milan” yarımmüdafiəçisini klubda saxlamaq üçün futbolçunun maaşını ikiqat artıracaq
10.11.2024 | 14:45
“Milan”, digər Avropa nəhənglərinin artan marağına rəğmən, yarımmüdafiəçi Ticani Reyndersi “rossoneri”nin düşərgəsində saxlamaqda qərarlıdır.
Sports.az xəbər verri ki, niderlandlı futbolçu cari mövsümdə “rossoneri”nin əsas oyunçularından birinə çevrilib.
Reynders çıxışları ilə “Mançester Siti”, “Tottenhem” və “Real”ın diqqət mərkəzinə düşüb.
Vurğulanır ki, “Milan” Reyndersin klbudan ayrılmasının qarşısını almaq məqsədilə, niderlandlı futbolçu ilə müqaviləsinin müddətini ikiqat məbləğdə maaş əsasında uzatmağa hazırdır.