Dünya futbolu
MY futbolçusunun maaşını üç dəfə artıracaq
10.11.2024 | 16:15
Bu yaxınlarda “Mançester Yunayted”in ivuarlı cinah hücumçusu Amado Diallo Avropa Liqasının 4-cü turu çərçivəsində “Old Trafford” PAOK-a qarşı oyunda (2:0) parlayaraq, dübarə qolla “qırmızı şeytanlar”a qələbə qazandırıb.
Sports.az xəbər verir ki, hazırda “Mançester Yunayted” Diallo ilə müqaviləsinin müddətinin uzadılması üzərində işləyir, belə ki, ivualı oyunçunun cari əmək müqaviləsinin müddəti 2024/2025-ci illər mövsümünün sonunda başa çatacaq.
Vurğulanır ki, mankunianlar Dialloya növbəti 5 il müddətinə müqavilə təklif etmək istəyirlər. Bu halda, Diallonun “Mançester Yunayted”dəki maaşı üç dəfə artaraq, həftəlik 29 min funt-sterlinq məbləğdən 90 min funt-sterlinq məbləğə qədər arta bilər.