Dünya futbolu
“Real”ın “Qızıl top”un təqdimat mərasimində olmasını istərdim”
10.11.2024 | 12:30
İspaniya yığmasının və “Mançester Siti”nin dayaq yarımmüdafiəçisi Rodri “Real”ın “Qızıl top”un mükafatlandırma mərasiminə məhəl qoymamasına münasibətini açıqlayıb.
Sports.az ispan futbolçunun bu barədə fikrini təqdim edir:
“Nə deməyimi istəyirsiniz? Mən nə istərdim, hamının orada olmasınımı? Əlbəttə, bəli. İstərdim ki, planetin bütün ən yaxşı oyunçuları belə bir axşamda iştirak etsinlər”.
Xatırladaq ki, “Real” mərasiməm qatılmayıb. “Kral klubu” “Qızıl” top”un “qaymaqlılar”ın braziliyalı ulduz hücumçusu Vinisius Juniora deyil, Rodriyə verilməsindən inciyib və təşkilatçıların bu qərarını əsassız hesab edərək, təqdimat mərasiminə buyurmayıb.