Dünya futbolu
Coşqunlu “Bandırmaspor” Vüsalın komandasını xalsız yola saldı
11.11.2024 | 01:00
Türkiyədə birinci liqanın 12-ci turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Bandırmaspor” bu turda Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor”u qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Diniyev start heyətində meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Vüsalın adı isə bu görüşün iştirakçısı olmayıb.
Hazırda "Bandırmaspor" 24 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Boluspor” 18 xalla 18-cidir.