Dünya futbolu
Neymar və “Əl-Hilal” müqaviləyə xitam vermək haqda danışıqlar aparmırlarlar
11.11.2024 | 14:00
Hazırda, “Əl-Hilal”ın 32 yaşlı braziliyalı ulduz hücumçusu Neymar daha əvvəl mətbuatda xəbər verildiyindən fərqli olaraq, klubla müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı danışıqlar aparmır.
Sports.az xəbər verir ki, futbolçunun belə danışıqlardan heç xəbəri yoxdur.
“Ney” zədə səbəbindən altı-səkkiz həftə yaşıl meydanlardan kənarda olacağına rəğmən, sağaldıqdan sonra meydana qayıtmaq niyyətindədir. Braziliyalı ulduzun əsas məqsədi Braziliya millisi ilə 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak etmək və Dünya Kubokunu qazanmaqdır.