Dünya futbolu
“Bayern” yeniyetmə braziliyalı ulduzu “Çelsi”yə necə qapdırıb?
12.11.2024 | 21:20
“Bayern” “Palmeyras”ın 17 yaşlı yeniyetmə braziliyalı ulduzu, sağ cinah hücumçusu Estevan Villianı öz heyətinə qatmağa çalışsa da, uğursuzluğa düçar olub.
Sports.az xəbər verir ki, Estevan 2025-ci ilin iyulunda, 18 yaşı tamam olduqdan sonra “Palmeyras”dan London klubuna keçəcək.
Bildirilir ki, “Bayern” fransalı cinah hücumçusu Maykl Oliseni öz heyətinə qatmazdan öncə, Estevanı “zadaganlar”dan qoparmağa çalışıb. Almaniya nəhəngi Estevan müqabilində “Palmeyras” “Çelsi”dən daha artıq məbləğdə ödəniş etməyə hazır olduğunu bildirsə də, “zadəganlar” buna qədər yeniyetmə futbolçunun “saqqızını oğurlamağı” bacarıblar – Estevan “Çelsi”də çıxış etməyə razılaşb və bu rəsmi sənədlərdə əksini tapıb.