Ukraynalı hücumçuya La Liqanın ən yaxşı bombardiri mükafatı verildi

İspaniyanın "Jirona" klubunun formasını geyinmiş ukraynalı hücumçu Artyom Dovbikə La Liqanın 2023/2024 mövsümünün ən yaxşı bombardiri üçün təsis olunmuş mükafat verilib.

Sports.az xəbər verir ki, hazırda "Roma"da (İtaliya) çıxış edən futbolçu İspaniyanın məşhur "Marca" nəşri tərəfindən ən yaxşı forvard adına layiq görülüb.

27 yaşlı hücumçu İspaniya çempionatında 24 qol vurub. Ötən mövsümün ən yaxşı məşqçisi üçün təsis olunmuş mükafat isə "Jirona"nı çalışdıran Miçelə verilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar