İngiltərə millisinin səkkiz futbolçusu heyətdən çıxarıldı
İngiltərə yığmasının səkkiz futbolçusu Yunanıstan və İrlandiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan heyətdən çıxarılıb.
Sports.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası məlumat yayıb.
Bunlar qapıçı Aaron Ramsdeyl ("Sauthempton"), müdafiəçilər Trent Aleksander-Arnold ("Liverpul"), Levi Kolvill ("Çelsi"), yarımmüdafiəçilər Fil Foden, Cek Qriliş (hər ikisi "Mançester Siti"), Koul Palmer ("Çelsi"), Deklan Rays və Bukayo Sakadır (hər ikisi "Arsenal).
Onların əvəzinə qapıçı Ceyms Trafford ("Bernli"), müdafiəçilər Carred Brantueyt ("Everton"), Tino Livramento ("Nyukasl"), yarımmüdafiəçi Morqan Rocers ("Aston Villa") və hücumçu Carrod Bouen ("Vest Hem") yığmaya cəlb edilib.
İngiltərə millisi noyabrın 14-də Yunanıstan, üç gün sonra İrlandiya ilə üz-üzə gələcək.