Poqbanın gələcəyi ilə bağlı yeni təfərrüat açıqlandı

“Yuventus”un fransalı yarımmüdafiəçisi Pol Poqba Turin klubu ilə müqaviləsinə vaxtından əvvəl xitam vermək barədə danışıqlar aparıb.

Sports.az xəbər verir ki, 31 yaşlı fransalı futbolçu ilə “Qoca sinyora” arasında danışıqlar inkişaf mərhələsindədir.

Həmçinin bildirilir ki, İngiltərə, Avropa və Səudiyyə Ərəbistanı klubları Poqba ilə maraqlanırlar, amma futbolçu ilə əməkdaşlıq haqda danışıqlara, Turin klubu ilə müqavilənin ləğvindən sonra başlanılacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar