“Barselona” da “Real”ın gözaltı etdiyi gürcü futbolçuya diqqət yetirir

Tiflis “Dinamo”sunun 16 yaşlı gürcü sol cinah müdafiəçisi Saba Xarebaşvili “Barselona”nın da maraq dairəsinə düşüb.

Sports.az xatırladır ki, daha əvvəl “Real”ın yeniyetmə gürcü futbolçuya göz qoyduğu məlum idi.

Saba 15 yaşında “Dinamo”nun əsas komandasına qoşulub, inamlı oyunu və yaxşı fiziki hazırlığı ilə diqqət çəkərək, bir neçə yaş rekordunu da qırıb.

Vurğulanır ki, “Dinamo” İspaniya təşkilatı ilə ortaq iş birliyi quraraq, Barselonada ofis açıb və Pireney ölkəsi ilə əlaqələrini gücləndirmək üçün mühüm addım atıb. Bu strateji addım gənc oyunçuların Avropada çıxış etmələri üçün imkanlar yaratmaqla yanaşı, həm də “Dinamo”nun yerli istedadlarını inkişaf etdirmək və yüksək liqalara oyunçu ixrac etmək niyyətindən xəbər verir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar