Dünya futbolu
Qvardiola “Barselona”nın yarımmüdafiəçisini rədd etdi
13.11.2024 | 16:00
“Mançester Siti” rəhəbərliyi qarşıdakı qış transfer pəncərəsində yarımmüdafiəçi almaq istəyir.
Sports.az xəbər verir ki, klub rəhbərliyi “şəhərlilər”in ispan dayaq yarımmüdafiəçisi Rodrinin dizindən ciddi zədə alması ilə, komandanın orta sahəsində yaranmış zəifliyi aradan qaldırmaq üzərində düşünür.
Klub rəhbərliyi bu məqsədlə “Barselona”nın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonqu gözaltı etsə də, “şəhərlilər”in ispan baş məşqçisi Xosep Qvardiola bu seçimi şəxsən rədd edib.