Dünya futbolu
Sanenin “Bayern”də qalması üçün nə etməsi gərək olduğu məlum oldu
13.11.2024 | 15:00
Münhen klubunda “Bayern”in almaniyalı cinah hücumçusu Leroy Sanenin gələcəyi müzakirə edilir, belə ki, futbolçunun Almaniya nəhəngi ilə cari əmək müqaviləsi mövsümün sonunda başa çatacaq.
Sports.az xəbər verir ki, tərəflər yeni əmək müqaviləsi ilə bağlı nikbindirlər, amma hələ ki, ortada razılaşma yoxdur.
Yeni müqavilə imzalamaq üçün Sane maaşını ildə təxminən 2-4 milyon avro məbləğ civarında azaldılmasına razılaşmalı olacaq. Cari əmək müqaviləsinə əsasən, Sane mükəmməl mövsümdə 20 milyon avro məbləğə qədər nağd pul qazana bilər.
Xüsusilə vurğulanır ki, 28 yaşlı futbolçunun qış transferində satış piştaxtasına çıxarılması istisnadır, çünki futbolçu “Bayern”ə sadiqdir.