Dünya futbolu
“Bayern”in yetirməsi Rusiyanın ikinci divizionunda
13.11.2024 | 20:20
Almaniyanın "Bayern" klubunun yetirməsi olan Leon Fust karyerasını Rusiyanın ikinci divizionunda davam etdirəcək.
Sports.az yerli mətbuata istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi azad agent kimi "Kuban" klubuna keçib.
Müqavilənin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub. Klub sözləşmənin müddətini artırmaq ixtiyarına sahibdir.
Fust daha əvvəl Almaniya nəhənginin U-17, U-19 və əvəzedici komandasında çıxış edib.