Dünya futbolu
Ranyeri “Roma”ya qayıtmağa hazırdır
14.11.2024 | 09:00
Ötən mövsümün sonunda, təqaüdə çıxdığını açıqlamış italyan mütəxəssis Klaudio Ranyeri, noyabrın 10-da xorvat mütəxəssis İvan Yuriçi istefaya göndərmiş “Roma”nı çalışdırmaq üçün məşqçilik fəaliyyətini bərpa etməyə hazırdır.
Sports.az xəbər verir ki, 73 yaşlı mütəxəssisin “Roma”ya son dərəcə isti duyğuları var.
Xatırladaq ki, Ranyeri 2009-2011-ci illərdə və 2019-cu ilin mart-iyun ayları aralığında “canavarlar”ın baş məşqçisi vəzifəsində çalışıb.