Dünya futbolu
“Bayern” yayda üç futbolçusunu sata bilər
14.11.2024 | 10:30
“Bayern” gəlirli təkliflər alacağı təqdirdə əsas komandasının üç oyunçusunu: Leroy Sane, Kinqsli Koman və Serj Qnabrini satmaq haqda düşünməyə hazırdır.
Sports.az xəbər verir ki, Almaniya nəhəngi klubun maaş xərclərini azaltmaq üçün üç cinah oyunçusundan ən azı birini mütləq satmağa çalışacaq.
Vurğulanır ki, Zane, Qnabri və Koman klubun ən yüksək maaş alan oyunçuları arasındadırlar və üçlükdə ildə təxminən 60 milyon avro məbləğində gəlir əldə edirlər.