Kurtuanın zədədən sağaldığı deyilir

“Real”ın 32 yaşlı belçikalı əsas qapıçısı Tibo Kurtuanın sol ayağının əzələsindəki zədəsindən bərpa olduğu haqda məlumat var.

Sports.az xəbər verir ki, Kurtua noyabrın 24-də “Leqanes”lə İspaniya La Liqasının 14-cü tur oyununda meydana çıxa biləcək.

Belçikalı qapıçı son məşqlərin birində bütün çalışmaları “qaymaqlılar”ın digər qapıçısı, ehtiyat qapıçı Andrey Luninlə eyni nəbzdə yerinə yetirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar