Dünya futbolu
Mudrik “Çelsi”dən icarəyə yollana bilər
16.11.2024 | 17:00
İki ilə yaxın bir müddətdə “Çelsi” üçün “top qovan” ukraynalı cinah hücumçusu Mixaylo Mudrik “zadəganlar”ın düşərgəsini tərk edə bilər.
Sports.az xəbər verir ki, London klubunun rəhbərliyi ukraynalı futbolçuya xərclənmiş 70 milyon avro məbləği, Mudrikin hələ də tam doğrultmadığı qənaətindədir.
Bildirilir ki, “Kristal Pelas” Mudriklə maraqlanır. “Qartallar” ukraynalı futbolçunu 2024/2025-ci illər mövsümünün ikinci hissəsi üçün “Çelsi”dən icarəyə götürmək istəyirlər.