Dünya futbolu
PSJ Kvaratsxeliyaya marağını yenilədi
17.11.2024 | 10:00
PSJ “Napoli”nin 23 yaşlı gürcü cinah hücumçusu Xviça Kvaratsxeliyaya olan marağını yeniləyib.
Sports.az xəbər verir ki, Fransa nəhəngi gürcü futbolçuya “Barselona”nın fəal marağı mənzərəsində iddiasını ortaya qoyub.
Vurğulanır ki, Paris komandasının ispan baş məşqçisi Luis Enrike gürcü futbolçunun böyük pərəstişkarıdır və Kvaratsxeliyanın timsalında komandanın hücumunun sol cinahını gücləndirməyə qadir oyunçu görür.
Hazrırda “Napoli”nin Kvaratsxeliya ilə müqaviləsinin müddətini uzatmaq məsələsində çətinliklər yaşadığı bildirilir ki, PSJ bu məqamdan öz xeyrinə yararlanmaq istəyir.