Son “Tottenhem”də qalacaqmı?

“Tottenhem”in cinah hücumçusu Son Hın Min “mahmızlar”ın düşərgəsini tərk etməyəcək.

Sports.az xəbər verir ki, “Tottenhem” 32 yaşlı cənubikoreyalı futbolçusu ilə müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatmaq haqda müvafiq maddədən istifadə etməyi gözləyir.

Vurğulanır ki, bu, demək olar ki, həll edilmiş məsələdir.

Son Hın Minin özü də karyerasını London klubunda davam etdirmək istəyir.

Xatırladaq ki, cənubikoreyalı futbolçu 2015-ci ildən “mahmızlar”ın heyətində çıxış edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar