Ter Ştegen zədədən daha erkən sağala bilər

Cari ilin sentyabrda dizüstü vətərinin yırtılması ilə ağır zədə almış, “Barselona”nın alman əsas qapıçısı Mark-Andre ter Ştegen yeni müalicə texnikası sayəsində zədəsini təxmin ediləndən daha tez sağalda bilər.

Sports.az xəbər verir ki, alman qapıçı təkrar zədə təhlükəsi olmadan aprel və ya may ayında məşqlərə başlaya bilər.

Hazırda Ter Ştegen kök hüceyrələrin istifadəsini nəzərdə tutan müalicədən keçir. Belə müalicənin qiyməti 13 min avro məbləğindədir.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar